Qalmaqallı deputatın qızı namizəd oldu (FOTOLAR)

Qalmaqallı deputatın qızı namizəd oldu (FOTOLAR)
Cəmiyyət, Manşet
V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizəddir.

Asiya.az xəbər verir ki, deputat qarşıdan gələn növbədənkənar parlament seçkilərnə qatılacaq. Bu dəfə özü deyil, qızı ilə. Belə ki, o, qızının namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən fərdi namizəd kimi irəli sürüb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən bildirilib ki, Xanhüseyn Kazımlının qızı sənədlərini DSK-ya dünən təqdim edib: "Əsli Kazımova deputatlığa namizəd olmaq üçün sənədlərini dünən təqdim edib”.

Qeyd edək ki, Xanhüseyn Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlının Prezident İlham Əliyevə müraciəti yayılıb.

Müraciət Milli Məclisin rəsmi blankında göndərilib. Xanhüseyn Kazımlı Prezidentdən qızı Əsli Kazımovanın onun yerinə parlament seçkilərində iştirak etmək üçün icazə istəyir. Lakin müraciətdə imza və tarix qeyd olunmayıb.

Səhər saatlarında isə məlumat yayılmışdı ki, Əsli Kazımova 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb. Onun sənədləri dünən DSK-ya təqdim olunub.

Asiya.az xəbər verir ki, Xanhüseyn Kazımlının köməkçisi Zaur İsgəndərov yenisabah.az-a bildirib ki, deputat Prezidentə qızının namizədliyini irəli sürməsilə bağlı müraciət olmayıb. "Belə bir müraciət yoxdur. Olsaydı, mənim də məlumatım olardı. Yayılan müraciət saxtadır. Ola bilər kimlərsə özündən yazıb”, - deyə Zaur İsgəndərov bildirib.

Əsli Kazımovanın namizədliyini irəli sürüb-sürməməsinə gəlincə, Zaur İsgəndərov bu barədə məlumatlı olmadığını bildirib: "Mən onunla işləmirəm, heç bir əlaqəm yoxdur. Ona görə də bu barədə məlumatlı deyiləm”.

Xanhüseyn Kazımlının özü isə parlament seçkilərinə qatılmayacaq. Zaur İsgəndərlinin sözlərinə görə, onun seçkilərdə iştirak etmək niyyəti yoxdur.

Qalmaqallı deputatın qızı namizəd oldu (FOTOLAR)
Qalmaqallı deputatın qızı namizəd oldu (FOTOLAR)
Qalmaqallı deputatın qızı namizəd oldu (FOTOLAR)
Qalmaqallı deputatın qızı namizəd oldu (FOTOLAR)

PAYLAŞ:

Oxşar xəbərlər