İtkin düşən şəxsin meyiti kanaldan tapıldı - Azərbaycanda

İtkin düşən şəxsin meyiti kanaldan tapıldı - Azərbaycanda
  • Olay

  • Dünən Kürdəmir rayonunda itkin düşən Sor-Sor kənd sakini, 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlunun meyiti tapılıb.

    "Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, aparılan axtarışlar zamanı onun meyiti kənd ərazisindən keçən kanalda aşkar edilib.

    Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər