Xalq artisti Elnarəyə klip çəkdi

Xalq artisti Elnarəyə klip çəkdi
  • Mədəniyyət

  • Müğənni Elnarə Xəlilova “Darıxsan” adlı mahnısına klip çəkdirib.

    Asiya.az xəbər verir ki, mahnıya Pantomim teatrının yaradıcısı xalq artisti Bəxtiyar Xanızadə quruluş verib. Sənətkar bildirib ki, ilk dəfədir klip çəkir:

    “Elnarədən əvvəl heç kimə klip çəkməmişəm, Elnarədən sonra da heç kəsə klip çəkməyəcəm. Azərbaycanda çox yaxşı klip çəkməyi bacaran insanlar var. Mən sadəcə bu işdə ona kömək etdim”. Klipdə Pantomim teatrının aktyorları Bəhruz Vaqifoğlu və Leyla Atayeva da rol alıb.

    “Darıxsan” mahnısının musiqisi Məryəm Əlibəyli, sözləri Nicat Qafuroğlu, aranjeman Rəşad Bağırova məxsusdur. Klipin operatoru Ruslan Ağazadədir, montaj və rəng korreksiyası Emin Muradova aiddir.


    PAYLAŞ:

    Oxşar xəbərlər