Qriqorçukun əvəzinə millinin baş məşqçisi – Roman Bakıya gəlir?

Qriqorçukun əvəzinə millinin baş məşqçisi – Roman Bakıya gəlir?
  • İdman

  • "Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukla bağlı ziddiyətli məlumatlar gündəmə gəlib.

    Sport7.az xəbər verir ki, "Astana” rəhbərliyi onunla yolları ayırmağa hazırlaşır. Bunun üçünsə "Qəbələ”nin sabiq baş məşqçisi ilə razılıq əldə olunmalıdı, çünki çalışdırıcının "Astana” ilə müqaviləsi hələ davam edir.

    Onu "Astana”da kimin əvəzləyəcəyi də artıq məlumdu. Qazaxıstan millisinin çexiyalı baş məşqçisi Mixal Bilek paytaxt klubunu da çalışdıracaq. Yerli futbol federasiyası bir zamanlar olduğu kimi, "Astana”nı millinin bazasına çevirməyi, qazax futbolçuların daim birlikdə və Bilekin nəzarətində olmasını hədəfləyir.
    Razılıq əldə olunacağı və təzminat ödənəcəyi halda Roman Qriqorçuk da Qazaxıstandan ayrılmağın əleyhinə deyil. "Astana”a ilə çempionatın qızıl medallarını qazanan və Avropa Liqasının qrup mərhələsində "Mançester Yunayted” üzərində tarixi qələbənin memarı olan Qriqorçuk Qazaxıstanda xoşbəxt deyil. Onun Azərbaycanda çalışmaq vatiantı da var.

    Etibarlı mənbədən Sport7.az-a daxil olan məlumatda bildirilir ki, Roman Qriqorçukun Azərbaycan millisinə baş məşqçi təyin olunması mümkündü. Onun namizədliyi də AFFA-da müzakirə olunur. Ukraynalının "Qəbələ”də qısa müddətdə uğur qazanması, Azərbaycan futbolunu yaxşı bilməsi, ən əsası yerli futbolçuların potensialını yaxşı bələd olması Qriqorçukun xeyrinə sayılan amillərdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər