İqtisad Universitetində insident, tələbələr kütləvi şəkildə...+VİDEO

  • Cəmiyyət

  • Azərbaycan Dövlət İqtisad Universitetində insident baş verib.

    Oxu24.com -un əldə etdiyi məlumata görə, yanvar ayının 14-də Azərbaycan Dövlət iqtisad Universitetində 1-ci kurs magistr tələbələrinin bir hissəsi- təxminən 10 qrup imtahan zalını tərk edib.

    Bildirilir ki, yanvar ayının 14-də keçirilmiş Biznes statistkası fənnindən imtahana düşən suallarla bağlı təxminən 10 qrup imtahan zalını tərk edib. Səbəb isə imtahana düşən sualların tələbələrə verilən mövzularla əlaqəli olmamasıdır. Tələbələr qeyd ediblər ki, MBA ixtisaslarında heç bir qrupa suallar verilmir. Lakin tələbələrə verilən mövzularda və nümunə suallarda imtahamda yer alan suallar olmayıb.Tələbələrin imtahan zalını tərk etdiyini görən universitet müəllimləri onları sakitləşdirmək üçün imtahan zalına gələrək onlara sualları izah etməyə çalışıblar. Bəli, imtahan zamanı dərs başa salıblar. Tələbələrin iddiasına görə şikayətlərinə cavab olaraq universitetdən bildirilib ki, sizin xeyrinizə demək olar ki, heç bir qərar qəbul edilməyəcək. Hətta iddia olunub ki, müəllimlərdən bəziləri "Nə istəyirsiniz edin, hamınız kəsiləcəksiniz" kimi ifadələr işlədib.

    Hadisə yerindən videonu təqdim edəcəyik.

    Oxu24.com Universitet rəhbərliyinin mövqeyini təqdim etməyə çalışır.

    PAYLAŞ:

    Oxşar xəbərlər