Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşların qəbulunu keçirib - FOTO

Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşların qəbulunu keçirib - FOTO
  • Sosial

  • Yanvarın 16-da Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Daşkəsən rayonunda vətəndaşların qəbulunu keçiriblər.

    Asiya.az xəbər verir ki, qəbulda 38 sakin 5 məsələ ilə bağlı müraciət edib. Müraciətlərin bir hissəsi yerində həll edilib, bir müraciət yenidən baxılması üçün götürülüb. Eyni zamanda bəzi müraciətlərə qanunamüvafiq izahatlar verilib, bəzilərinin isə operativ araşdırılması tapşırılıb.

    Müraciətlər “Daşkəsən Filizsaflaşdırma” ASC-nin yenidən işə salınması, işlə təmin olunma, müalicə olunmağa köməklik və digər məsələlər barəsində olub.

    Görüşdə qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılması dayanır. İmzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar dövlət başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamlı olduğunu göstərir.

    Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə, həssas münasibətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşların qəbulunu keçirib - FOTO
    Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşların qəbulunu keçirib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər