Prezident Əli Nağıyevə yeni vəzifə verdi - SƏRƏNCAM

Prezident Əli Nağıyevə yeni vəzifə verdi - SƏRƏNCAM
  • Cəmiyyət, Manşet

  • Prezident İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:

    “Komissiyanın sədri

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Komissiyanın üzvləri:

    Azərbaycan Respublikası Müdafiə nazirinin müavini

    Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

    Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

    Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

    Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

    Azərbaycan Respublikası Baş prokurorunun müavini ─ Azərbaycan Respublikasının Hərbi prokuroru

    Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

    Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

    “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri

    Komissiyanın katibi

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri”.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    PAYLAŞ:

    Oxşar xəbərlər