Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT+VİDEO

Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT+VİDEO
  • Cəmiyyət

  • Vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin anası qızının ölümündə şübhəli bilinən İlkin Süleymanla yanaşı onun anasını və bacılarını günahlandırıb.

    Asiya.az news24.az-a istinadən xəbər verir ki, Aynurə xanım Nərminin 47 gün o evdə saxlanılmasından ailənin xəbərdar olduğunu bildirib:

    "Qatilin özü yoldaşımın sinif yoldaşı olub, atası yoldaşımın müəllimi olub, dərs keçib. Biz heç inanmırıq, Allah haqqı şokdayıq ki, elə bir ailədən elə bir uşaq çıxarmı? Saatlarla, dəqiqələr yoldaşımla evin qabağında oturub söhbət ediblər. Qızım yandırılan günü onun əmisi oğlu Murad mənə təsəlli verib, hələ çıxarıb pul da verib.

    Bütün ailə bilirmiş. Hələ mənim qızım oradan qaçanda qonşular eşidib, heç kimə xəbər etməyiblər. Qaçanda tutub qaytarıblar. Anası da bilirdi, bacıları da. Necə yəni, oğlun bomboş evə çıxır, soruşmadınmı niyə çıxırsan? Pampers alıb çıxır, bəs demirsən ki, ay oğul, evdə çağamız yox, körpəmiz yox, o pampers niyə almısan?

    Deyirlər ki, anası bilir, mənim uşağımı evə anası salıb, oğlu da yuxarıda buz kimi yerdə saxlayıb. Deyilənə görə, televizoru da yuxarı evə çıxarıbmış.

    Onun fikri böyük qızımı aparmaq olub, ayılanda görüb ki, o qız deyil. Deyirlər ki, qatil xəstə uşaqdı. Xəstədirsə, niyə özləri nəzarət etmirdi, niyə öz bacısı-qardaşı uşaqlarına elə etmədi?

    Öldürmüşdün, qoyaydın gözəlliyini özüylə aparardı, balamı niyə yandırdın? Düz qapımın ağzında yandırdın. Sən bu uşağa günlərlə zülm etdin, yandıranda Allahdan qorxmadınmı?

    Hər tərəfim düşməndir, sağım düşmən, solum düşmən, hər addımım düşmən. Ona elə bir ölüm verilsin ki, mənim balamın günlərlə çəkdiyi əzabları o da yaşasın, mən də rahatlanım".



    Yerli media yazır ki, Baş prokuror Zakir Qaralov keçirdiyi müşavirədə dövlət başçısının bu məsələni şəxsən nəzarətə götürdüyünü bildirib.

    "Gerçəkdən o öldürübsə..." - bu, BBC News Azərbaycancanın söhbətləşdiyi uşağın ölümü haqda danışarkən kənd sakinlərinin bir nəfər kimi sözə başladığı ifadədir. Onlardan bəziləri azyaşlının itkin düşməsindən sonra aparılmış axtarışlardan razı qalmadıqlarını bildiriblər. Onlar hesab edirlər ki, azyaşlının itkin düşməsindən sonra evlərin hamısı yaxşı axtarılmayıb.

    İlkin Süleymanovun ailəsi nə deyir?


    Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT+VİDEO

    İlkin Süleymanovun bacısı İlhamə Süleymanova iddia edir ki, polis əvvəlcə onların evini yaxşı axtarmayıb. Daha sonra isə gecəyarısı, onlar yuxuda olarkən evlərinə girilib. İlhamə Süleymanova sual edir ki, həmin vaxt kənddə polis ola-ola kimsə oğurluq etmək fikrinə düşərdimi? Və oğurluğa gəlmiş şəxs niyə evdən heç nə aparmayıb?

    Ailə bu məsələ ilə bağlı polisə və ya 102 xidmətinə nə üçün şikayət etmədiklərini izah edərkən ağlımıza gəlmədi deyir.

    "Anam tezdən durdu ki, ay bala, durun qapı-baca açıqdır, evə giriblər. Baxdıq ki, hər yer açıqdır. Darvazanı gecə mən bağlayıb yatmışdım. Evə arxa tərəfdən giriblər. Ondan sonra da gəldilər ki, bəs, evdə izlər var".
    İlhamə Süleymanova BBC News Azərbaycancaya açıqlamasında iddia edir ki, qardaşı cinayəti "işgəncə altında" etiraf edib.

    "Eşitdiyimə görə, qardaşımı döyüblər. İkinci dəfə deyib ki, mənim xəbərim yoxdur, məni günahlandırırsınız, amma birinci dəfə deyib hə, bunu belə elədim. Ekspertiza gəlib məndən soruşdu ki, sən qardaşının xəttini bilirsən? Baxan kimi dedim, bu onun xətti deyil. Mənə qışqırdı ki, səsini batır, yoxsa səni də onun yanına basaram," cinayətdə ittiham olunan İlkin Süleymanovun bacısı iddia edib.

    "Nərminin sırğası hanı?"

    Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT+VİDEO

    İtkin düşərkən Nərminin qulağında sırğa olub. Üstəlik, o, əmisinin evindən çıxarkən əlində atasının gödəkçisi olub.

    Lakin bütün axtarışlar zamanı nə sırğalar, nə də gödəkçə tapılıb.

    İndi ailəni də, kənd camaatını da, elə İlkin Süleymanovun ailəsini də bu suallar maraqlandırır: "Sırğa və gödəkçə hanı? Niyə tapılmır?"

    "Bu, bizim hamımızın müsibətidir"

    Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT+VİDEO

    Dondar Quşçu kəndinin əhalisi bir-birinə qohumdur. Kəndə sonradan köçənlər kəndin ayağında yeni salınmış məhəllələrdə yaşayırlar. Nərminin ailəsinin qonşuluğunda isə ancaq bir-birinə yaxın-uzaq qohumluğu olan şəxslər məskunlaşıb.

    Hadisə ilə bağlı söhbət etməyə çalışdığımız kənd camaatı sanki danışmağa çəkinir. Bizə danışanlar isə "şokda olduqlarını" və "kimin müsibətinə ağlayacaqlarını bilmədiklərini" deyirlər.

    Əksəriyyət "iki ailə də qohumumuzdur. Biri sakit, başıaşağı, öz tükünün üstündə dolanan kasıb bir ailə, digəri isə ziyalı ailəsidir. Bu bizim hamımızın müsibətidir" deyirlər.

    "İlham Əliyev nəzarətə götürdü, qatil tapıldı"

    "45 gün idi ortada heç nə yox idi. Niyə gətirib bir kamera quraşdırmadılar? Niyə yaxşı nəzarət etmədilər? İlham Əliyev nəzarətə götürdü və o nəzarətə götürən kimi də qatil tapıldı", İlkin Süleymanovun bacısı deyir ki, bu cür saysız suallar içində "aciz qalıb".

    Yerli medianın verdiyi xəbərə görə, yanvarın 9-da Baş prokuror Zakir Qaralov keçirdiyi müşavirədə "dövlət başçısının məsələni şəxsən nəzarətə götürdüyünü" deyib.

    Qətlə yetirilmiş azyaşlının ailəsi də deyir ki, 45 gün polis şöbəsinin qarşısında "yatıb-durublar".

    Quliyevlər ailəsinin sözlərinə görə, əslində bir televiziya verilişində günahın əminin üstünə atılmasından sonra başlayıb "ailənin müsibəti".

    Nərminin itkin düşməsində öncə onun yaxın qohumları - Nərminin atasının gödəkçəsini götürmək üçün evinə getdiyi əmisi günahlandırılıb. Uşağın meyiti tapılandan sonra isə diqqət İlkin Süleymanova yönəlib.

    Nərminin yas mərasiminə toplaşan qohum qadınlar deyirlər ki, bütün kənd "Nərminin əmilərinin yoxlanıldığı kimi yoxlanılıb, araşdırılmalı idi".

    "Uşaqlar qorxur"

    Kənd əhlinin bəzisi deyir ki, evi yoxlanıb, digərləri isə əksini iddia edir. Anası rəhmətə getdiyi üçün bir müddətdir kəndə qayıtmış bir sakin bildirir ki, onların da evi yoxlanmayıb:

    "İtkin xəbərindən sonra polis gəldi, icazə aldı, keçdi bağı yoxladı, sonra çıxıb getdi. Halbuki axtarış kağızı ilə gəlib, evlərimizi, bütün dəlmə-deşiyi yaxşıca axtarmalı idilər". Digər bir sakin də deyir ki, polis onların evini də bağını də yoxlayıb, amma zirzəmiyə baxan olmayıb.

    Ailənin bəzi qohumları isə "polisin uşaq itən gündən "iş başında" olduğunu bildirir. "Az qalsın 50 gündür polis də, polisin rəisi də buralardadırlar, işləyirlər," - kənd sakini Yunis Abdiyev söyləyir. O hesab edir ki, "polis işini görüb".

    Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT+VİDEO

    Yunis Abdıyev deyir ki, indi bu hadisədən sonra bircə qalıb kənd uşaqları ilə psixoloji iş görmək. "Uşaqlar təşviş içindədirlər. Onlar qorxurlar. İndi polis də, İcra Hakimiyyəti də, məktəb də bu işdə birgə fəaliyyət göstərməlidir. Onlarla iş aparılmalıdır".

    İlkin Süleymanovun ata-anası ilə birgə yaşadığı evin nə üçün yoxlanmamasına gəlincə, Şərif Quliyev deyir ki, "hörmətli qonşudur, ziyalı ailədir, ayıbdır deyə yoxlanılmadı o ev".

    Baş Prokurorluq İlkin Süleymanova qarşı işgəncə iddialarına cavab verib: "Heç bir işgəncədən söhbət gedə bilməz".

    Lakin qurum hadisə ilə bağlı səsləndirilmiş digər bütün iddialara şərh verməyib.

    "Lazımi söhbətlər aparmışıq"

    Kənddə azyaşlı övladları olan valideynlər bu hadisədən sonra narahatdırlar. Onlar bildirirlər ki, uşaqlar bu hadisədən çox qorxublar. "Axşam bayıra çıxmağa qorxurlar. Tək harasa göndərmək istəyəndə getmək istəmirlər. Məktəbə özümüz aparıb-gətiririk", - valideynlər bildirir.



    Kənd orta məktəbinin direktoru Mətanət Vəliyeva isə deyir ki, "təhlükəsizliklə bağlı profilaktik söhbət uşaqlarla tək indi yox, həmişə aparılıb".

    "Tək uşaqlarla yox, ildə iki dəfə valideynlərin özləri ilə iclas keçiririk. Valideynlərlə ildə iki dəfə mən özüm söhbət aparıram. Ayda bir dəfə də sinif rəhbərləri onları yığıb danışır ki, uşağa nəyi necə başa salmaq lazımdır. Biz uşaqlara izah edirik ki, tanımadığınız adama yaxınlaşmayın. Küçədə açıq naqil görəndə ona toxunmayın. Mümkün təhlükələrdən onları xəbərdar etmişik, bundan sonra da edəcəyik. Nərminin özü isə ağıllı, dilli-dilavər qız idi. Ancaq belə də olur".

    Hazırda qətllə bağlı istintaq gedir. İstintaqın nəticəsini isə çoxları gözləyir.

    Amma artıq istənilən nəticə qıpqırmızı güllərə bələnmiş balaca məzarında həmişə yaşı 10 qalacaq Nərminin taleyini dəyişməyəcək, o, artıq yoxdur.

    Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT+VİDEO

    Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər