Masallının bir ay içində dağılan yolu - FOTOLAR

Masallının bir ay içində dağılan yolu - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı rayon İcra Hakimiyyətinin yeni başçısı Şahin Məmmədov vəzifəyə təyin olunan kimi Masallı şəhərinin mərkəzində yerləşən “Köhnə bazar” ərazisinə asfalt döşətdirməyə başladı. Rayonun bütün kəndlərinin sakinləri alış-veriş üçün məhz “Köhnə bazar”a üz tutur və bu səbəbdən bu ərazinin abadlaşdırılması yeni icra başçısının aktivinə yazılırdı.

    Nəzərə alanda ki, sələfi Rafil Hüseynov 7 ildən artıq Masallıya rəhbərlik etsə də, bu bazarın təmirinə heç bir vəsait ayırmadı, yeni başçı bu addımı ilə artıq masallıların rəğbətini qazanmağa başlayırdı. Hər kəsdə bu qənaət yaranırdı ki, Ş.Məmmədov fəal başçılardan olacaq və rayonun illərdir yığılıb qalan problemlərini həll edəcək.

    Tapşırığa əsasən eni bəzi yerdə 14-15 metr, bəzi yerdə isə 18 metrə çatan 740 metr yol 7 sm qalınlığında asfaltlandı. Təmir işləri gedərkən bir neçə dəfə icra başçısının şəxsən bu işlərə nəzarət etdiyi və həmin əraziyə gəldiyi deyilir.

    Lakin cəmi bi ay sonra məlum oldu ki, “Köhnə bazar”ın abadlaşdırılması “gözdən pərdə asmaq” üçünmüş və yollar tamamilə keyfiyyətsiz şəkildə təmir edilib.
    Təmir işlərindən cəmi bir ay sonra asvalt örtüyünün bir neçə yerdən dağılması xəbərləri yayıldı.

    “Köhnə bazar”da çalışan sahibkarların xahişi ilə “Asiya.az”-ın əməkdaşları “Köhnə bazar” ərazisində olub. Gördüklərimiz isə bizi sadəcə dəhşətə gətirib. Sanki heç bu əraziyə asvalt döşənməyib. Yolun üstündə gölməçələr yaranıb, asvalt örtüyü bir neçə yerdən dağılıb.

    Asiya.az-ın əməkdaşı adı gedən yolu çəkilişində iş icraçısı olmuş Masallı rayonun 47 nömrəli Yol İstismarı MMC-nin mühəndisi Ramiz Əliyevlə əlaqə saxlayaraq bir ay öncə döşənən yolun niyə tez bir zamanda dağılmasının səbəblərini öyrənib.

    Ramiz Əliyev bildirib ki, “Həmin ərazidə kanalizasiya sistemi yoxdur. Yağıntıların, axar suların getməyə yolu olmadığı üçün asfaltı qatını dağıdır. Amma indi də gec deyil. Kanalizasiya bərpa olunarsa, asvaltı qorumaq olar. Kanalizasiyanın təmir edilməsi isə bizim səlahiyətimizdə deyil.”

    Heç şübhəsiz Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bu yolları öz şəxsi vəsaiti hesabına deyil, dövlət büdcəsinin hesabına təmir etdirib. Lap deyək ki, iddialar doğrudur: Yəni asfalt keyfiyyətli imiş, lakin kanalizasiya sistemi yox imiş. Bir halda ki, kanalizasiya sistemi yox imiş, o halda bu qədər dövlət vəsatini həmin əraziyə axıtmağın mənası nə idi?

    Və ya olmazdımı əvvəlcə kanalizasiya sistemini yaradıb, ardınca asfalt çəkiləydi?

    Bütün suallar açıq qalır. Nəticədə yenə əziyyət çəkən sadə vətəndaşlar olur.

    Cəfər Cəfərov

    PAYLAŞ:

    Oxşar xəbərlər