Suraxanıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarıldı (VİDEO)- Yenilənib

Suraxanıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarıldı (VİDEO)- Yenilənib
  • Sosial

  • Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı yayılan məlumat və videogörüntülərə münasibət bildirib.

    İdarədən Ann.az-a daxil olan məlumatda deyilir:

    "Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanıb. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür. Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub".

    ***

    Suraxanı rayonunda 2 nömrəli uşaq evində uşağı döyən müəllimə məhkəməyə veriləcək.

    Asiya.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə 2 nömrəli uşaq evində müəllimənin uşağı döyməsini əks etdirən görüntüyə münasibət bildirərkən deyib.

    O bildirib ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verəcək:

    "Bu görüntü MeydanTV-nin paylaşımına görə, Suraxanı rayonu 2 saylı Uşaq Evində çəkilib... İstər tərbiyəçi, istər ana - hər kimdirsə, qanun qarşısında cavab verəcək. Sabah araşdıracam və müvafiq qurumlara da müraciət edəcəyəm".

    Qeyd edək ki, Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan biri döyülüb. Uşağın döyülməsi ilə bağlı mətbuatda və sosial şəbəkədə videogörüntülər yayılıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər