Dünyanın ən varlı adamı dəyişdi: Ceff Bezos birinciliyi itirdi

Dünyanın ən varlı adamı dəyişdi: Ceff Bezos birinciliyi itirdi
  • Dünya

  • Dünyanın ən varlı insanlarının sıralama cədvəlində dəyişiklik olub.

    Fransanın LVMH şirkətinin rəhbəri Bernar Arno “Amazon” şirkətinin təsisçisi Ceff Bezosu “Forbes”in seiyahısında ilk pillədən aşağı endirib.
    Dünyanın ən varlı adamı dəyişdi: Ceff Bezos birinciliyi itirdi

    Bernar Arno
    “Ria Novosti”nin xəbərinə görə, bu haqda “Forbes” dərgisi məlumat verib.

    Qeyd olunur ki, Arnaultu ilk pilləyə yüksəldən səbəb onun şirkətinə məxsus səhmlərin qiymətinin 0,7 faiz artmasıdır. Bu artım fransalı biznesmənə 1,9 milyard dollar qazandırıb.
    Dünyanın ən varlı adamı dəyişdi: Ceff Bezos birinciliyi itirdi

    Ceff Bezos
    “Amazon” şirkətində isə tam əksinə, səhmlər 0,7 faiz aşağı düşüb. Nəticədə Ceff Bezos 760 milyon dollar itirib.

    Hazırda Bernard Arnaultun sərvəti 117, Ceff Bezosun isə 115,6 milyard dollar təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər