Rəşad Mahmudov şəhid anasını ziyarət etdi – VİDEO/FOTOLAR

Rəşad Mahmudov şəhid anasını ziyarət etdi – VİDEO/FOTOLAR
  • Siyasət, Araşdırma, Manşet, Asiya TV

  • Rəşad Mahmudovun seçicilərlə görüşü davam edir.

    Rəşad Mahmudov şəhid anasını ziyarət etdi – VİDEO/FOTOLAR

    Asiya.az xəbər verir ki, 20 Yanvar hüzn günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının 77 saylı Dairə Seçki Komissiyasından namizədliyi irəli sürülmüş Rəşad Mahmudov dünən Astara rayonunun Vəznəş kəndində Qarabağ müharibəsi zamanı itgin düşmüş Mikayıl Əhmədovun anası Zeynəb Əhmədovanı ziyarət edib.

    Rəşad Mahmudov şəhid anasını ziyarət etdi – VİDEO/FOTOLAR

    1994-cü ildə itkin düşmüş Əhmədov Mikayıl Sabir oğluna məhkəmə qərarı ilə şəhidlik statusu verilsə də Zeynəb ana hələ də oğlunun gələcəyi günü gözləyir. Yaşayış şəraitinin çətin olmasına baxmayaraq, dövlət tərəfindən tətbiq olunan şəhidlik müavinətlərindən bacardığı qədər istifadə etməməyə çalışır.

    Ölkə başçısının ona verdiyi birdəfəlik yardım hesabına artezian su quyusu qazdıraraq oğlunun da ruhunun şad olması üçün qonşuların ümumi istifadəsinə verib. Bax budur əsl qürurlu Azərbaycan qadını!

    Rəşad Mahmudov Zeynəb ananın səhhəti, yaşayış şəraiti və problemləri ilə maraqlanıb.

    Zeynəb ananın yenicə əsgərlikdən qayıtmış nəvəsi ilə söhbət edərkən onun işlə təmin olunması və şəhidimizin adının əbədiləşdirilməsi üçün aidiyyatı qurumlara məlumat verəcəyini və əlindən gələn dəstəyi əsirgəməyəcəyini bildirib.

    Cəfər Cəfərov
    Asiya.az


    PAYLAŞ:

    Oxşar xəbərlər