“İllərimin dostu, sirdaşı!” - Zülfiyyə Xanbabayeva ilk dəfə əri ilə şəklini paylaşdı - Foto

  • Mədəniyyət

  • Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə həyat yoldaşı ilə fotolarını paylaşıb.

    Asiya.az xəbər verir ki, xanım sənətçi həyat yoldaşının doğum gününü sosial şəbəkə hesabında onun fotosunu paylaşaraq təbrik edib və ona təşəkkür edib:

    "22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı! Məni bir qadın və bir ana kimi xoşbəxt edən həyatımın yoldaşı. Ad günün mübarək!”

    Şəxsi həyatı barədə mətbuata heç bir açıqlama verməyən Xanbabayevanın bu paylaşımı sosial şəbəkələrdə maraq doğurub.

    Qeyd edək ki, sənətçi "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Cütlüyün Dəniz adlı bir qızı var.

    “İllərimin dostu, sirdaşı!” - Zülfiyyə Xanbabayeva ilk dəfə əri ilə şəklini paylaşdı - Foto
    “İllərimin dostu, sirdaşı!” - Zülfiyyə Xanbabayeva ilk dəfə əri ilə şəklini paylaşdı - Foto
    “İllərimin dostu, sirdaşı!” - Zülfiyyə Xanbabayeva ilk dəfə əri ilə şəklini paylaşdı - Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər