Ronaldunun bu görüntüsü sosial şəbəkəni bir-birinə vurdu - FOTO

Ronaldunun bu görüntüsü sosial şəbəkəni bir-birinə vurdu - FOTO
  • İdman

  • “Yuventus” klubunun forvardı Kriştianu Ronaldu qarşılaşmanın 58-ci dəqiqədə “Parma”nın qapısına vurduğu qoldan sonra ona ötürmə verən komanda yoldaşı Paulo Dibalanı qucaqlamaq istəyərkən kurioz hadisə yaşanıb.

    Belə ki, qolun sevincini yaşayarkən onların üzləri toqquşub və təsadüfən öpüşüblər.

    Asiya.az Oxu.Az-a istinadən xəbər verir ki, həmin an kameraların obyektivinə düşüb.

    Qeyd edək ki, sözügedən görüntü bir anda bütün sosial şəbəkələrdə yayılıb və böyük müzakirələrə səbəb olub.

    Xatırladaq ki, “Yuventus” - “Parma” qarşılaşması 2:1 hesabı ilə başa çatıb. Ronaldu oyunda dubl edib.


    Ronaldunun bu görüntüsü sosial şəbəkəni bir-birinə vurdu - FOTO
    Ronaldunun bu görüntüsü sosial şəbəkəni bir-birinə vurdu - FOTO
    Ronaldunun bu görüntüsü sosial şəbəkəni bir-birinə vurdu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər