18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən YAP-ın namizədi kimdir?

18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən YAP-ın namizədi kimdir?
  • Cəmiyyət / Manşet

  • 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının qeydiyyata alınan namizədi Xudaqulu Əhəd oğlu Rzayevdir.

    Asiya.az xəbər verir ki, Xudaqulu Rzayev yüksək mənəvi dəyərlərə sahib olan insan, dövlətinə və millətinə bağlı vətəndaş, həmçinin ictimaiyyət tərəfindən nüfuzlu bir iş adamı, xeyriyyəçi kimi tanınır.

    Qeyd edək ki, Rzayev Xudaqulu Əhəd oğlu 1962-ci ildə Ordubad rayonunun Behrud kəndində anadan olub. Leninqrad Politexnik İnstitutunun “Maşınqayırma və texnologiya fakultəsi”-ni və Bakı Dövlət Universitetinin “Hüquq” fakultəsinin məzunu olub. Sank-Peterburq şəhərində Avrora EİB-də usta, növbə rəisi, daha sonra “20-ci parallel” müəssisəsində kommersiya direktoru vəzifələrində çalışıb.

    1994-1996-cı illərdə “Şumer” firmasında Kommersiya direktoru vəzifəsini icra edib.

    1996-cı ildə “İlandağ-SA”, 2007-ci ildə “Bəytaş-Bakı”, 2010-cu ildə “Dəniz uşaq baxçası”, 2011-ci ildə “Evrika liseyi”, 2017-ci ildə “İntelekt-RX” MMC müəssisələrini təsis edib.

    2012-ci ildə Xudaqulu Rzayev firmaların fəaliyyətlərini ümumiləşdirərək “Minera”MMC şirkətini təsis edib.

    Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər