İqbal Ağazadə İnqilab İsmayılov küçəsində seçiciləri ilə görüşdü - FOTO

İqbal Ağazadə İnqilab İsmayılov küçəsində seçiciləri ilə görüşdü - FOTO
  • Siyasət

  • Seçicilərə "əziz doğmalarım" - deyə müraciət edən İqbal Ağazadə onun görüşünə gələnlərə təşəkkür etdi. Hər zaman seçicilərinin yanında olduğunu, onların ehtimadına layiq olmağa çalışdığını bildirdi. Milli Məclisdə hər zaman xalqın sözünü dediyini, haqqı pozulanların yanında olduğunu, heç zaman ağa qara demədiyini, təkcə öz seçicilərinin deyil, bütöv Azərbaycan problemlərinin Milli Məclisdə həllinə çalışdığını bildirdi.

    Asiya.az xəbər verir ki, İqbal Ağazadə təhsil, səhiyyə, sosial müdafiə, pensiya yaşının aşağı salınması, uşaq pulunun verilməsinin vacibliyini qeyd edərək bu problemlərin həlli üçün hökümət qarşısında məsələ qaldıracağını söyləyib.

    Çıxış edən seçicilər də İ.Ağazadənin əvəzsiz bir millət vəkili olduğunu bildirərək hamılıqla ona səs verəcəklərini söylədilər.


    İqbal Ağazadə İnqilab İsmayılov küçəsində seçiciləri ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər