Bakının bu ərazisində metro olacaq - Hazırlıq başlandı

Bakının bu ərazisində metro olacaq - Hazırlıq başlandı
  • Sosial

  • Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

    Asiya.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
    Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

    "B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".
    PAYLAŞ:

    Oxşar xəbərlər