Qənirə Paşayeva Qovlar şəhərində seçicilərlə göşdü - FOTOLAR

Qənirə Paşayeva Qovlar şəhərində seçicilərlə göşdü - FOTOLAR
  • Siyasət

  • 105 saylı Tovuz seçki dairəsindən millət vəkilliyinə namiz Qənirə Paşayeva Qovlar şəhərində seçicilərlə görüş keçirib.

    Asiya.az xəbər verir ki, Qənirə Paşayeva onun görüşünə gələnlərə təşəkkür etdi. Hər zaman seçicilərinin yanında olduğunu, onların ehtimadına layiq olmağa çalışdığını bildirdi. Milli Məclisdə hər zaman xalqın sözünü dediyini, haqqı pozulanların yanında olduğunu, heç zaman ağa qara demədiyini, təkcə öz seçicilərinin deyil, bütöv Azərbaycan problemlərinin Milli Məclisdə həllinə çalışdığını bildirdi.

    Qənirə Paşayeva bu illər ərzində Qovlar şəhər sakinlərini narahat edən bir çox problemlərin öz həllini tapdığını deyib və həllini gözləyən problemlərin də yaxın illərdə həllini tapacağını bildirib. Qənirə Paşayeva təhsil, səhiyyə, sosial müdafiə, pensiya yaşının aşağı salınması, uşaq pulunun verilməsinin vacibliyini qeyd edərək bu problemlərin həlli üçün hökümət qarşısında məsələ qaldıracağını söyləyib.

    Çıxış edən seçicilər də Q.Paşayevanın əvəzsiz bir millət vəkili olduğunu bildirərək hamılıqla ona səs verəcəklərini söylədilər.


    Qənirə Paşayeva Qovlar şəhərində seçicilərlə göşdü - FOTOLAR
    Qənirə Paşayeva Qovlar şəhərində seçicilərlə göşdü - FOTOLAR
    Qənirə Paşayeva Qovlar şəhərində seçicilərlə göşdü - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər