Asiya.az xəbər verir ki, Məşhur Məmmədov Masallı rayonunu kənd-kənd gəzərək təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər keçirməyə davam edir.
Belə görüşlərdən ikisi bu gün rayonun Xırmandalı və Hacıtəpə kəndlərində keçirilib. Görüşlər zamanı əhalinin cari vəziyyəti və mövcud problemlərinin həlli variantları müzakirə olunub