Polis uşaq oğurluğunda ittiham olunan qadını tapdı - FOTOLAR

Polis uşaq oğurluğunda ittiham olunan qadını tapdı - FOTOLAR
  • Hadisə

  • "Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.

    Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib.

    "Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olununur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”, -deyə məlumatda qeyd olunub.

    Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə bu foto paylaşılaraq qadının 3 kişi ilə bərabər qızları oğurlamağa cəhd etdiyi bildirilir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 və 67 saylı orta məktəblərin qarşısında valideynlər şübhəli bir qadın görüblər. Onun azyaşlı qızlara yaxınlaşaraq telefon verəcəyi vədini verib yaxınlıqdakı maşına aparmaq istədiyi iddia olunur.

    Polis uşaq oğurluğunda ittiham olunan qadını tapdı - FOTOLAR
    Polis uşaq oğurluğunda ittiham olunan qadını tapdı - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər