Xırdalanda avtomobilin məktəbliləri vurduğu an- vurdu - ANBAAN VİDEO

Xırdalanda avtomobilin məktəbliləri vurduğu an- vurdu - ANBAAN VİDEO
  • Olay

  • Xırdalanda iki məktəblini avtomobil vurub. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.

    Asiya.az oxu.az-a istinadla xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub.

    Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir.

    Xəsarət alan Fidan adlı qızın komaya düşdüyü bildirilir.

    Təhsil Nazirliyi Xırdalanda maşın vuran iki şagirdlə bağlı açıqlama yayıb.

    Asiya.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Cəsarət Valehov öz "Facebook" hesabında bildirib:

    "Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini Bakı City Hospitalda davam etdirirlər.

    Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik”.


    PAYLAŞ:

    Oxşar xəbərlər