Anar İsgəndərov Masallı rayonu Qızılağac kəndində seçicilərlə fərdi görüşlər keçirdi - FOTOLAR

Anar İsgəndərov Masallı rayonu Qızılağac kəndində seçicilərlə fərdi görüşlər keçirdi - FOTOLAR
  • Sosial, Araşdırma, Manşet

  • VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizədi Anar İsgəndərov rayonun Qızılağac kəndində seçicilərlə fərdi görüşlər keçirib.

    Asiya.az xəbər verir ki, Anar İsgəndərov bu gün Masallı rayonunun Qızılağac kəndində Qarabağ müharibəsi zamanı şəhid olmuş Zülfi Kərimovun anası Xədicə Kərimovanı ziyarət edib.

    Anar İsgəndərov Masallı rayonu Qızılağac kəndində seçicilərlə fərdi görüşlər keçirdi - FOTOLAR

    Xədicə ana ilə həmsöhbət olan Anar İsgəndərov qeyd edib ki, "Dövlətin daimi olaraq qayğı və himayəsində olan şəhid ailələri yaşından aslı olmayaraq hər bir şəxs üçün müqəddəsdir. İşimizdən və peşəmizdən aslı olmayaraq hamımızın borcudur ki, bu ailələrə hörmətlə, xüsusi diqqətlə yanaşaq".
    Xədicə ana şəhid ailələrinə göstərilən xüsusi qayğıya görə ölkə rəhbərinə öz minnətdarlığını bildirdib.

    Anar İsgəndərov Masallı rayonu Qızılağac kəndində seçicilərlə fərdi görüşlər keçirdi - FOTOLAR

    Sonra A.İsgəndərov Qarabağ müharibəsi zamanı itgin düşmüş Laçın Qurbanovun atası Zabil Qurbanovla görüşərək onun səhhəti, yaşayış şəraiti və problemləri ilə maraqlanıb.


    Daha sonra bir neçə aztəminatlı ailələrə baş çəkən deputatlığa namizəd bildirib ki, “Çalışacam seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizi, problemlərinizi öyrənim”

    Anar İsgəndərov Masallı rayonu Qızılağac kəndində seçicilərlə fərdi görüşlər keçirdi - FOTOLAR

    Kənd ziyalılarından YAP-ın ilk üzvlərindən olan İltifat Məmmədov, Hacı Məzahir Anar Məmmədovu dəstəklədiklərini, 9 fevral 2020-ci ildə keçirilən Milli Məclisə seçkilər zamanı ailəliklə ona səs verəcəklərini bildiriblər.

    Cəfər Cəfərov
    Asiya.az



    Anar İsgəndərov Masallı rayonu Qızılağac kəndində seçicilərlə fərdi görüşlər keçirdi - FOTOLAR
    Anar İsgəndərov Masallı rayonu Qızılağac kəndində seçicilərlə fərdi görüşlər keçirdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər