Rəşad Mahmudov şəhid ailəsini ziyarət etdi - FOTO

Rəşad Mahmudov şəhid ailəsini ziyarət etdi - FOTO
  • Sosial

  • VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 77 saylı Asyara rayon seçki dairəsindən deputatlığa namizədi Rəşad Mahmudov təşviqat kampaniyası çərçivəsində rayonun Artupa kəndindən olan şəhid Yaqub Ağayevin atası Əsgər Ağayevə baş çəkib.

    Asiya.az xəbər verir ki, Rəşad Mahmudov şəhid atasının sağlıq durumu və qayğıları ilə maraqlanıb. Əsgər kişi göstərilən ehtirama görə təşəkkür edərək, hər cür diqqət və qayğı ilə əhatə olunduğu üçün dövlətimizin başçısı cənab Prezidentə təşəkkür edib. Balasının uğrunda şəhid olduğu Vətənimizin bu günkü abadlığını, yüksək inkişafını gördükcə rahatlıq tapdığını dilə gətirib.

    Deputatlığa namizəd Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini qeyd edərək, onların sosial müdafiəsinin gücləndirilməsinin, problemlərinin vaxtında həll olunmasının və hər cür qayğı ilə əhatə edilməsinin təşkilini hər zaman dəstəklədiyini bildirib.

    Cəfər Cəfərov
    Asiya.az


    Rəşad Mahmudov şəhid ailəsini ziyarət etdi - FOTO

    Rəşad Mahmudov şəhid ailəsini ziyarət etdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər