Rüfət Əliyev 10 kəndin seçicisini Ərkivana topladı - VİDEO/FOTO

Rüfət Əliyev 10 kəndin seçicisini Ərkivana topladı - VİDEO/FOTO
  • Siyasət / Araşdırma / Manşet / Asiya TV

  • 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Rüfət Əliyev seçicilərlə möhtəşəm görüş keçirdi.

    Asiya.az xəbər verir ki, bu gün Masallı rayonun Mollaoba, Kolatan, Bədəlan, Qızılavar, Lürən, Tüklə, Göyəçöl, Qızılağac kəndlərindən, BoradigahƏrkivan qəsəbələrindən olan 500-dən çox seçici deputatlığa namizəd Rüfət Əliyevlə görüşmək üçün Ərkivan qəsəbəsində bir araya gəldi.

    Tədbiri giriş sözü ilə açan Rüfət Əliyevin vəkili seçicilərə namizədin keçdiyi həyat yolu, ictimai xadim kimi göstərdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

    Seçicilərin qarşısında çıxış edən deputatlığa namizəd R.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib.

    O əsas fəaliyyəti kimi əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılmasına yardımçı olacağını, Masallının turizim sahəsinin inkişaf etdirilməsinə köməklik göstərəcəyini, bu sahədə püxtələşmiş xarici investorların rayona cəlb etmək yönündə çalışacağını bildirib.

    Deputatlığa namizəd daha sonra kəndin seçicilərinin fevralın 9-da keçiriləcək parlament seçkilərində fəallıq göstərəcəyinə əminliyini diqqətə çatdırıb. Çıxışının sonunda deputatlığa namizəd Rüfət Əliyev görüşə gələn hər bir seçiciyə minnətdarlığını bildirdi.

    Cəfər Cəfərov
    Asiya.az



    Rüfət Əliyev 10 kəndin seçicisini Ərkivana topladı - VİDEO/FOTO
    Rüfət Əliyev 10 kəndin seçicisini Ərkivana topladı - VİDEO/FOTO
    Rüfət Əliyev 10 kəndin seçicisini Ərkivana topladı - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər