Milli Məclisə seçkilərlə əlaqədar son 7 seçki dairəsi üzrə lider namizədlər müəyyənləşib

Milli Məclisə seçkilərlə əlaqədar son 7 seçki dairəsi üzrə lider namizədlər müəyyənləşib
  • Siyasət, Manşet

  • Milli Məclisə seçkilərlə əlaqədar lider namizədlər müəyyənləşməmiş 7 seçki dairəsində də lider namizədlər müəyyənləşib.

    Asiya.az xəbər verir ki, ilkin nəticələrə əsasən, həmin 7 seçki dairəsi üzrə lider namizədlər aşağıdakılardır:

    17 saylı Yasamal Üçüncü Seçki Dairəsi – Allahverdiyev Elnur (YAP) - 41 %

    35 saylı Xətai Üçüncü Seçki Dairəsi - Rauf Arifoglu (bitərəf) – 49,2 %

    42 saylı Sumqayıt İkinci Seçki Dairəsi - Tahir Mirkişili (YAP) – 50,1 %

    44 saylı Sumqayıt-Xızı Seçki dairəsi - Müşfiq Məmmədli (YAP) – 45,8 %

    77 saylı Astara Seçki Dairəsi – Rəşad Mahmudov (YAP) – 57,6 %

    123 saylı Kəlbəcər Seçki Dairəsi - Aqil Məmmədov (YAP) – 71,7 %

    125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi – İmamverdi İsmayılov (YAP) – 40,3 %

    Bununla da Milli Məclisə seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə lider namizədlər məlum olub.

    Qeyd edək ki, ötən gün seçki məntəqələri bağlandıqdan dərhal sonra Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi ekzit-pollun nəticələri açıqlanmış və Rauf Arifoğlunun bu dairədə 45,1 faiz səslə qalib gəldiyi elan edilmişdi.

    Lakin Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 87 faizinin sayılmasından sonra açıqladığı ilkin nəticələrdə 7 dairə, o cümlədən 35 saylı Xətai seçki dairəsinin nəticəsini elan etməmişdi. MSK sədri Məzahir Pənahov bunu həmin seçki dairələrindən ciddi müraciətlərin olması və hazırda araşdırma aparılması ilə əlaqələndirmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər