Rusiyada çətənə və xaşxaş əkməyə icazə verildi

Rusiyada çətənə və xaşxaş əkməyə icazə verildi
  • Dünya

  • Rusiyanın yeni baş naziri Mixail Mişustin maraqlı fərmana imza atıb. Fərmana görə, bundan sonra ölkədə çətənə və yuxu xaşxaşı əkmək qadağan edilmir.

    Asiya.az xəbər verir ki, yenilik narkotik tərkibli bitkilərdən tibbdə, sənayedə və baytarlıqda istifadə etməyə şərait yaradır. Sənəddə çətənə və xaşxaşın həcminə aid tələblər də əksini tapıb. Yəni bu bitkilərin əkilməsinə faydalı ola biləcək dərəcədə icazə verilir.

    Çox vacib nüanslardan biri də odur ki, çətənə və yuxu xaşxaşının əkilməsiylə yalnız hüquqi şəxslər məşğul ola bilər. Bu mənada narkotik asılılığı olan adamlar çox ümidlənməməlidir.

    Qanun layihəsi hələ keçən il iyunun 19-da hazırlanmışdı. Çətənə və xaşxaş əkilməsi üçün xüsusi lisenziya alınmalıdır. Bundan əvvəl yalnız elm, təhsil sektorlarında narkotik tərkibli bitkilərin becərilməsinə icazə verilirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər