Baloğlanın ifasına etiraz edib studiyadan getdi - Video

Baloğlanın ifasına etiraz edib studiyadan getdi - Video ARB TV-də yayımlanan “Ona qalsa” verilişində maraqlı hadisə yaşanıb.

Asiya.az xəbər verir ki, verilişdə Əməkdar artistlər Baloğlan Əşrəfov və Nüşabə Ələsgərli qonaq olub.

Proqram zamanı B.Əşrəfovdan “Ana” muğamı oxuması istənilib. Bu zaman N.Ələsgərli verilişin aparıcısı şairə Nazilə Səfərliyə etiraz edib.

Sənətçi “Səhər tezdən “Ana” muğamı vermisiniz, mənim də yaralı yerimdir, ağlamaq da istəmirəm. Mənim əhvalım korlanır, gedim mətbəxdə plovumu yeyim” söyləyərək efiri tərk etmək istəyib. Bu zaman aparıcı ona mane olub. Lakin bir qədər sonra N.Ələsgərli studiyadan gedib.


Oxşar xəbərlər