Masallıda ikimərtəbəli ev yandı – VİDEO/FOTO

Masallıda ikimərtəbəli ev yandı – VİDEO/FOTO
  • Manşet / Olay / Asiya TV

  • Masallı rayonu, Ərkivan qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

    Asiya.az-ın xəbərinə görə, hadisə axşam saat 21:00 radələrində rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Bağırov Mirmahmud Mirkazım oğluna məxsus 2 mərtəbədən ibarət ümumi sahəsi 300 kvadratmetrlik olan fərdi yaşayış evində yanğın baş verib.

    Hadisə yerinə FHN-nin Masallı Rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
    Uzun illərdir yaşayış olmayan həmin ev maye qaz xəttinə, elektrik naqillərinə qoşulu olmayıb.
    Hadisənin hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil.
    Asiya.az


    Masallıda ikimərtəbəli ev yandı – VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər