Baş və boyun xərçənginin ƏLAMƏTLƏRİ

Baş və boyun xərçənginin ƏLAMƏTLƏRİ
  • Maraqlı

  • Əsasən tiroid, bağırsaq, dil və dodaq bölgələrində görülən xərçəng növləri, dünyada hər il 55 min şəxsin xəstəliyə yoluxduğu ən əhəmiyyətli sağlamlıq problemlərindən biri olaraq göstərilir.

    Baş və boyun bölgəsindəki xərçəng növləri haqqında məlumat sahibi olmaq və şüurlu şəkildə hərəkət etmək erkən diaqnoz qoymağa və müalicəni təmin etməyə imkan verir.

    Asiya.az medicina.az-a istinadən xəbər verir ki, siqaret və tütün məhsulları baş və boyun xərçənglərini,alkoqol və HPV viruslarına məruz qalma riskini artıran risklər arasında birinci yerdədir. Bundan əlavə, bəzi virus agentləri, radioterapiya və pəhriz amilləri də xəstəliyin görülməsində təsirli olduğu göstərilmişdir. Günəş işığına məruz qalma dodaq və dəri xərçənginə səbəb olan amillər arasında mühüm yer tutur. Xüsusilə Aralıq dənizi bölgəsindəki fermerlərdə açıq sahələrdə çalışan insanların dodaq xərçəngi riski daha yüksəkdir.

    Günəş işığına məruz qalma dodaq və dəri xərçənginə səbəb olan amillər arasında mühüm yer tutur. Xüsusilə Aralıq dənizi bölgəsindəki fermerlərdə açıq sahələrdə çalışan insanların dodaq xərçəngi riski daha yüksəkdir.

    Bu bölgədəki bəzi dəyişikliklər xərçəngə işarə ola bilər:

    -Baş və boyun şişməsi

    -Dodaq, dil və ya ağızın içərisində sağalmayan yaralar

    -Səsin batması

    -Udqunmaqda çətinlik çəkmə

    -Burun tutulması

    -Qulaq ağrısı

    -Eşitmənin itməyi

    -Üz iflici

    Xəstənin baş-boyun bölgəsində bir kütlə varsa, diqqətlə araşdırılmalıdır.Ağızın içi,qırtlaq,burun-boğaz yolu endoskopiya ilə müayinə edilir. Radioloji incələmələr üçün ultrasonoqrafiya, kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiyasından istifadə olunur. Əgər şübhəli yerlər varsa biyopsiya müayinəsi aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər