Asiya.az xəbər verir ki, bu haqda qurumun rəsmi Tvitter səhifəsində bildirilib. Top qırmızı və göy rənglərlə hazırlanıb. Dizayn Şərqlə Qərbi, yaxud Asiya ilə Avropanı birləşdirən şəhərdən – İstanbuldan ilham alıb.
Xatırladaq ki, 2019-20 mövsümü Çempionlar Liqasının finalı mayın 30-u, İstanbuldakı “Olimpiya” stadionunda keçiriləcək.
Əlavə edək ki, ÇL-də pley-off, 1/8 final mərhələsinin matçları bu gecə başlayır.