Masallıda 74 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Masallıda 74 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • Hadisə

  • Masallıda 74 yaşlı qadını qətlində şübhəli bilinən şəxs saxlanılıb.

    Asiya.az xəbər verir ki, qətlin mərhumun qonşusu Coşqun Qurbanov tərəfindən törədildiyi ehtimal olunur.

    Artıq C. Qurbanov şübhəli şəxs qismində hadisə yerinə gətirilib.

    Qeyd edək ki, C. Qurbanov narkotik aludəçisidir.

    Xatırladaq ki, ötən gün Masallının Ərkivan qəsəbəsinin Abaslı məhəlləsində 74 yaşlı Gülgəz İsrafilova 3 bıçaq zərbəsi ilə qətlə yetirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər