Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-dən mayın 4-dək olan müddətdə rayon ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon, tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Eldar Balışov, Nicat Ələkbərov və Ramin Cəbrayılov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
Nicat Ələkbərov və Ramin Cəbrayılovun əvvəllər də məhkum olunduqları bildirilib.