Qubada 4 yaşlı uşağın meyitinin tapılması ilə əlaqədar bir nəfər saxlanılıb

Qubada 4 yaşlı uşağın meyitinin tapılması ilə əlaqədar bir nəfər saxlanılıb Qubada 4 yaşlı uşağın meyitini tapan şəxs saxlanılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Çılğır kənd sakini,1990-cı il təvəllüdlü Məlikov Xəyyam Yarəhməd oğlu uşağın meyitini tapıb ailəsinə verdikdən bir neçə saat sonra saxlanılıb. Faktı Çılğır kənd bələdiyyəsinin sədri Cahangir Məmmədov da təsdiqləyib.

Quba rayon Prokurorluğu saxlanılan şəxslə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Qubanın Bərqov kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər