Baş redaktordan xəbər var

Baş redaktordan xəbər var Cəfər Cəfərovun səhhəti yaxşılaşıb.

Asiya.az xəbər verir ki, bir ay öncə səhhəti ilə əlaqədar cəza çəkdiyi 6 saylı cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin Müalicə Müəsissəsinə göndərilən “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov hazırda 6 saylı cəzaçəkmə müəssisəsindədir.

Bu barədə məlumatı Asiya.az-a baş redaktorun həyat yoldaşı bildirib: “Cəfərlə may ayının 12-də 6 saylı cəzaçəkmə müəssisəsində görüşdük. Biz ona verilən uzunmüddətli (3 günlük) görüşdən yaralandıq. İndi onun səhhəti qənaətbəxşdir. Cəfər Bakı Apellyasiya Məhəkəməsinin onun haqqında çıxardığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır.”

Qeyd edək ki, Asiya İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Cəfər Cəfərov 4 mart 2015-ci ildə BMCMİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci və 182.2.1-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qəraradan apellyasiya şikayəti verən Cəfər Cəfərov barəsində Bakı Apellyasiya Məhkəməsi 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Oxşar xəbərlər