Azərbaycanın tanınmış idmançısı qələbəni qeyd edərkən öldü

Azərbaycanın tanınmış idmançısı qələbəni qeyd edərkən öldü
  • Olay

  • Bakıda restoranda ölüm hadisəsi baş verib.

    Apasport.az saytının məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən “Dalida” restoranında qeydə alınıb.

    Bir qrup idmançı, məşqçi və hakim Bakıda keçirilən IV İslam Oyunlarında qazanılan qələbəni qeyd etmək üçün adıçəkilən restoranda toplaşıblar.

    Məclis əsnasında Azərbaycan Milli Karate Federasiyasının 1-ci vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, beynəlxalq hakim Yusif Hüseyn oğlu Məmmədov qəfildən dünyasını dəyişib.

    İlkin məlumata görə, Məmmədov ürək tutmasından ölüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər