Müftidən orucluqla bağlı təzadlı fətva

Müftidən orucluqla bağlı təzadlı fətva
  • Dünya

  • Beynəlxalq Müsəlman Alimlər Birliyinin sədri Mustafa Rəşid orucun ancaq varlılar üçün məcburi olduğu barədə fətva verib.

    Asiya.az "Qaynarinfo"-ya istinadən xəbər verir ki, Beynəlxalq Müsəlman Alimlər Birliyinin sədri olmaqla yanaşı, həm də Avstraliyada müfti olan Mustafa Rəşid bu fikirləri ABŞ-ın televiziya kanalına müsahibəsində səsləndirib.

    O bildirib ki, hər ölkədə kasıblıq dərəcəsi fərqlidir, məsələn, Misirdə aylıq gəliri 500 dolları keçməyən şəxslər kasıb sayılır. "Orucun məqsədi kasıbları doyurmaqdır və varlılar üçün məcburidir, ancaq bu o demək deyil ki, kasıblar oruc tutmaqdan əl çəkməlidirlər" deyən Mustafa Rəşidin fikirlərini Hüquq fakültəsinin sədri Səif Kazamel tənqid edib və bu fətvanın yanlış olduğunu və sağlam Müsəlmanın oruc tutmalı olduğunu bildirib.

    Qeyd edək ki, Mustafa Rəşid mübahisəli fikirləri ilə məşhurdur. O, həmçinin bildirir ki, müsəlmanlar sərxoş olmadıqları bütün hallarda spirtli içki qəbul edə bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər