Bakıda polis maşını minik maşını ilə toqquşub — bir polis ölüb- VİDEO

Bakıda polis maşını minik maşını ilə toqquşub — bir polis ölüb- VİDEO Bakıda polis avtomobili ilə “Porsche” toqquşub, bir polis ölüb, bir neçəsi yaralanıb

Asiya.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı maşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qezanın görüntülərini Orxan Kərimov adlı facebook istifadəçisi öz səhifəsində paylaşıb.


Oxşar xəbərlər