Yol polisləri ilə bağlı mühüm dəyişiklik

Yol polisləri ilə bağlı mühüm dəyişiklik
  • Sosial

  • “YPX əməkdaşı artıq gizli patrul xidmətləri göstərə bilməyəcək”.

    Asiya.Az xəbər verir ki, bu barədə ekspert Ərşad Hüseynov "Facebook" səhifəsində məlumat verib.

    Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Kollegiyası “Yol-patrul xidməti haqqında" yeni təlimat təsdiq edib: “Təlimatda xeyli yeniliklər var. Onların ən maraqlılarından biri xidmətin növləri ilə bağlıdır. Artıq gizli və ya qarışıq xidmət qadağan olunur.

    Belə ki, polis əməkdaşı əvvəllər patrul avtomaşınında deyil, adi bizim idarə etdiyimiz avtomobilə oxşayan avtomaşında xidmət edirdi. Yaxud da xüsusi uniformada yox, adi formada xidmət edir. Belə patrul xidmətləri artıq qadağan olunur. Ancaq aşkar xidmət olacaq. Bu da o deməkdir ki, polis yol patrul avtomaşınında və uniformada xidmət edəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər