Leyla Əliyeva küçədə doğulan 2 aylıq canlını himayəsinə götürdü - FOTO

Leyla Əliyeva küçədə doğulan 2 aylıq canlını himayəsinə götürdü - FOTO Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki aylıq canlını öz himayəsinə götürüb.

İstiPress-in məlumatına görə, bu barədə IDEA İctimai Birliyi məlumat yayıb. Birliyin "İnstagram" səhifəsində yerləşdirilən məlumatda qeyd edilib ki, fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzində olub. Onu övladları Əli, Mikayıl və Əminə də müşayiət edib.
Mərkəzdə saxlanılan heyvanlara baxarkən, Leyla Əliyevanın diqqətini iki aylıq sahibsiz pişik balası cəlb edib. "Qısa müddətdə yaranan qarşılıqlı simpatiyanın nəticəsi olaraq dərhal onu himayəyə götürməyi qərara alıb.
Küçədə doğulmuş bu şirin pişik balasının keçmişi çətin olsa da, yeni sahibəsinin sayəsində gələcəyi xoşbəxt olacaq".

Oxşar xəbərlər