MTN zabitlərinin şok fotoları yayıldı - QIZILDAN…

MTN zabitlərinin şok fotoları yayıldı - QIZILDAN…
  • Maraqlı / Araşdırma

  • Fəaliyyəti dayandırılan Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli sabiq əməkdaşlarının həbsi onlarla bağlı bir çox qaranlıq məqamlara işıq saldı, törətmiş olduqları çoxsaylı cinayətləri ictimailəşdirdi.

    Hazırda “dəmir barmaqlıqlar” arasında olan keçmiş MTN zabitlərinin qudurğan həyat tərzi, onminlərlə vəsaiti özlərinin bütləşdirilməsinə sərf etməsinə dair yeni məlumatlar yayılıb.

    Sosial şəbəkələrdə yayılan və ciddi müzakirələrə səbəb olan fotolarda sabiq MTN zabitləri Akif Çovdarov və Sübahir Qurbanovun “büt şəkilləri” əksini tapıb.

    Şəkillərdən ikisi Sübahir Qurbanova, biri isə Akif Çovdarova məxsusdur.

    S.Qurbanov birinci portretin hazırlanmasına 15, ikinci portretinin hazırlanmasına isə 30 min AZN pul ödəyib. Akif Çovdarov isə nə az – nə çox, düz 100 min manat vəsaiti üz cizgilərinin qızıl lövhəyə həkk olmasına sərf edib.

    Bəli, bəli, düz başa düşdünüz, portretlər qızıldan hazırlanıb. Niyə də olmasın. Adamların etdiklərinin, törətdiklərinin yanında özlərinə heyranlığı, biət etməsi, qızıl tamahkarlığı, dünya malına vurğunluğu tamamilə təbii və başadüşüləndir.

    Lakin göründüyü kimi, bu “məxsusi keyfiyyətlər” də onları qoruya bilmədi. Necə deyərlər:

    Bu dünya fanidir, fani,

    Bu dünyada qalan hanı?

    Davud oğlu Süleymanı,

    Qızıl taxtdan salan dünya…

    @ azxeber.com

    MTN zabitlərinin şok fotoları yayıldı - QIZILDAN…

    MTN zabitlərinin şok fotoları yayıldı - QIZILDAN…

    MTN zabitlərinin şok fotoları yayıldı - QIZILDAN…
    PAYLAŞ:

    Oxşar xəbərlər