Mərkəzi Neftçilər Xəstəxanası: Nazirin vəziyyəti ağır-stabildir

Mərkəzi Neftçilər Xəstəxanası: Nazirin vəziyyəti ağır-stabildir
  • Siyasət / Manşet

  • Energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb.

    Asiya.az xəbər verir ki, Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva açıqlamasında bildirib ki, N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.

    Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

    Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.

    Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər