"Maşın" şounun növbəti saxtakarlığı: O, yarışdan uzaqlaşdırılmalıydı! (FOTO)

"Maşın" şounun növbəti saxtakarlığı: O, yarışdan uzaqlaşdırılmalıydı! (FOTO)
  • Mədəniyyət

  • “Maşın” şounun saxta olması ilə bağlı söz-söhbətlər səngimək bilmir.

    Asiya.az yenicag.az-a istinadən xəbər verir ki, budəfəki fakt səslənən iddiaları daha da gücləndirir.

    Sizə təqdim etdiyimiz fotoda yarışın iştirakçılarından olan Oksana Rəsulova maşının ətrafında poz verir. Yarışın digər iştirakçısı Təranə Qumral isə barmaqları ilə oynamaqla diqqət çəkir. Halbuki, qaydalara əsasən, müğənninin bir əli maşının üzərində olmalıydı.

    Qeyd edək ki, bu, real hesab edilən, ancaq çoxlarının inanmadığı şou ətrafında baş verən ilk belə saxtakarlıq deyil.

    Belə ki, bir neçə gün öncə oyun zamanı Kənan M.M.-in də maşının üzərindən əlini çəkməsini əks etdirən görüntülər yayılmışdı. Buna baxmayaraq, rejissor yarışda mübarizəsini davam etdirmiş, daha sonra şoudan öz istəyi ilə ayrılmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər