Prezident: “Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşdırılıb”

Prezident: “Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşdırılıb”
  • Siyasət / Hərb / Manşet

  • Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların 3-cü iclası işə başlayıb.

    Asiya.az xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, Baş Prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimov və digər rəsmi şəxslər iştirak edir.

    Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ölkə başçısı İlham Əliyevin müraciətini oxuyub.

    Müraciətdə deyilir:

    “Azərbayan dünyada tolerant mühitinin inkişafına, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm əhəmiyyət verir. Bu il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə mühüm töhfəsidir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu görüşünün Bakıda keçirilməsi həmçinin mühüm hadisədir. Azərbaycan bu il dayanıqlı inkişafa nail olan müasir ölkədir. Bu tədbirin ölkəmizdə keçirilməsi böyük hadisədir. Azərbaycan bu təşkilatın fəal üzvlərindən olmaqla yanaşı iki zirvə toplantısına ev sahibliyi edib. Bu gün Azərbaycan dayanıqlı inkişafa malik müasir dövlətdir. Biz iqtisadi və sosial sahədə böyük nailiyyətlər əldə etmiş dövlətik.

    Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, insan hüquq və azadlıqları təmin edilib. Dövlət xidmətlərində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üçün beynəlxalq təcrübədə ən yaxşı model kimi təqdim edilir. İƏT çərçivəsində baş tutan bu tədbir əməkdaşlığımızın inkişafına xidmət edəcək”.

    Hazırda tədbir çıxışlarla davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər