Tehran metrosu partladıldı? - Yeniləndi

Tehran metrosu partladıldı? - Yeniləndi
  • Dünya

  • Tehranda metro partlayışı barədə xəbər doğru deyil.

    Adının çəkilməsini istəməyən Tehran sakini Musavat.com-a bildirib ki, “İmam Xomeyni” türbəsi tərəfdə metrostansiya var: "Türbəyə silahlı hücum edən şəxs özünü partladan zaman bir çoxları elə zənn edib ki, partlayış metrostansiyada olub. Bu mənada bəzi mənbələr şayiələrə istinad edərək metro partlayışı xəbərini yayıblar. Bu gün metroda heç bir hadisə baş verməyib”.

    Onun sözlərinə görə, hazırda metro adi iş qrafikində fəaliyyətini davam etdirir. Ancaq o, iyunun 6-da Tehran metrosunda qatarların relsdən çıxması və toqquşması nəticəsində çox sayda sərnişinlərin yaralandığını təsdiqlədi.

    Tehran sakini onu da bildirib ki, hazırda parlament və İmam Xomeyni türbəsində terror törədənlərin tam olaraq ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir.

    ***

    İranın paytaxtı Tehranda metro stansiyası partladılıb.

    Asiya.az xəbər verir ki, bununla bağlı İran mediası məlumat yayıb.
    "İmam Xomeyni" stansiyasında baş verən insident zamanı ölən və yaralananlarla bağlı heç bir məlumat yoxdur.
    Qeyd edək ki, bu gün səhər saatlarında silahlı şəxslər parlament binasına və Xomeyni məqbərəsinə hücum edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər