Bakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindi - Yeniləndi

Bakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindi - Yeniləndi
  • Sosial / Olay

  • Yasamalda yanan yataqxanada yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir.

    Bu barədə Yasamal rayon Dövlət Yanğından Mühafizə hissəsindən məlumat verilib. Bildirilib ki, ətraf rayonlardan hadisə yerinə xeyli texnika və canlı qüvvə cəlb edilib. Yanğın lokallaşdırılıb və onun tamamilə söndürülməsi istiqamətində iş aparılır.
    Yanğının baş verməsinə təzə çəkilən işıq xətlərinin səbəb olduğu deyilir. Sakinlər bildirib ki, bu, yataqxanada baş verən 3-cü yanğındır.

    Yasamalda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğınla əlaqədar hadisə yerinə 3 təcili tibbi yardım briqadası göndərilib. Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, hələ hospitalizasiya edilən yoxdur. Binada qalıb qalmayanlarla bağlı iş gedir.

    Yasamal rayonunda yanğın hadisəsi baş verib.

    Asiya.az xəbər verir ki, hadisə şahidlərinin ölkə.az-a verdiyi məlumata görə, "Kaktus" restoranının yanındakı məcburi köçkün yataqxanası yanmağa başlayıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

    Hadisə yerinə 5 yanğınsöndürən maşınının gəldiyi bildirilir.

    Bakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindi - Yeniləndi
    Bakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindi - Yeniləndi
    PAYLAŞ:

    Oxşar xəbərlər