5 yaşlı uşaqdan Azərbaycan şahmat tarixində yeni rekord - foto

5 yaşlı uşaqdan Azərbaycan şahmat tarixində yeni rekord - foto 6 iyun 2017 ci il tarixində AĞ TOP Şahmat Klubunda Uşaqların Beynəlxalq Müdafiyəsi gününə həsr olunmuş Şahmat yarışının bağlanış mərasimi keçirilib.

Asiya.az xəbər verir ki, AĞ TOP Şahmat Klubunun yetirməsi Paşam Əlizadə Azərbaycan şahmat tarixində yeni rekord təyin edərək 5 yaşında birinci dərəcə normasını yığıb. Bu münasibətlə o, AĞ TOP Şahmat Klubu tərəfindən təltif olunub.

AĞ TOP Şahmat Klubunun Direktoru Cavanşir Bağırov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Paşamı təbrik edərək ona şahmat karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, rekordçu Paşam Əlizadə tanınmış marketoloq Hikmət Əliyevin oğludur.

Oxşar xəbərlər