Terrorçular İran parlamentinə belə girdi – Şok video/23+

Terrorçular İran parlamentinə belə girdi – Şok video/23+
  • Dünya

  • Terrorçular İran parlamentinin binasına qadın qiyafəsində daxil olublar.

    APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: “İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulublar”.

    H. Zülfüqarinin sözlərinə görə, terrorçular 4 nəfər olub, onlardan 1-i öldürülüb, 1 nəfər isə özünü partladıb: “İndiyədək parlamentdə 2 nəfər öldürülüb. Terroristlər mühasirədədir”.

    İRNA dövlət agentliyi isə İmam Xomeyninin məqbərəsində terrorçulardan birinin sağ ələ keçirildiyi və atışmanın davam etdiyi barədə xəbər yayıb.
    Qeyd edək ki, bu arada sosial şəbəkələrdə terrorçuların İran parlamentinə atışa-atışa girdiklərini əks etdirən video yayılıb. Videonu İŞİD-in yaydığı ehtimal edilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər