Peyğəmbəri təhqir etdi, həyatından oldu

Peyğəmbəri təhqir etdi, həyatından oldu
  • Dünya / Maraqlı

  • Pakistan məhkəməsi tarixində ilk dəfə olaraq küfr etməyə görə edam cəzası çıxarılıb.

    Asiya.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

    Pəncab ştatının Baxavalpur şəhər məhkəməsinin çıxardığı qərarla jurnalistləri şəhərin prokuroru Şafir Kureşi tanış edib. O qeyd edib ki, məhkəmə Taymor Raza adlı şəhər sakininin Məhəmməd peyğəmbəri təhqir etməsini sübuta yetirib.

    T.Razanın vəkili bildirib ki, müvəkkili Feysbukda təsadüfən tanış olduğu bir nəfərlə mübahisə edib, sonradan həmin şəxsin terrorçuluqla mübarizə departamentinin əməkdaşı olduğu məlum oldub.

    Qeyd edək ki, Pakistan qanunlarına görə, ölkədə allahsızlığı təbliğ edən, Məhəmməd Peyğəmbəri və digər bu kimi tarixi şəxsiyyətləri təhqir edən şəxs ölüm hökmü ilə cəzalandırıla bilər. Pakistanın bu məsələyə dair tutduğu mövqe vaxtaşırı olaraq beynəlxalq hüquq-müdafiə təşkilatlarının tənqid hədəfinə tuş gəlir.
    PAYLAŞ:

    Oxşar xəbərlər