Erməni boksçu nokauta düşdü, sonra isə... - Video

Erməni boksçu nokauta düşdü, sonra isə... - Video
  • İdman

  • Erməni boksçu Arut Qriqoryanla döyüşə çıxan hollandiyalı Mertel Qronhard rəqibini bir zərbə ilə nokauta salıb.

    Asiya.az xəbər verir ki, yarış zamanı arxaya çönən Qriqoryan qəfildən Qronhardın zərbəsinə tuş gəlib.

    Nəticədə erməni boksçu nokauta düşüb.

    Bundan sonra, Qriqoryanın məğlubiyyətini həzm edə bilməyən tərəfdarları rinqə çıxaraq Qronharda zərbələr endirməyə başlayıblar.

    Hakim və turnir təşkilatçıları isə onları sakitləşdirməyi bacarıb.

    Olayla bağlı açıqlama verən holland boksçu məsələni çox da böyütməməyə çağırıb:

    “Mən küncdə idim və onların necə gəldiyini görmədim. Bəsdirin uşaqlar, bu sadəcə idmandır. Bizə azyaşlı uşaqlar da baxır. Siz rinqə belə daxil ola bilməzsiniz”.

    PAYLAŞ:

    Oxşar xəbərlər