Asiya.az publika.az-a istinadən albalı saplağının faydalarını təqdim edir:
Albalı saplağı böyrəklər üçün çox xeyirlidir. Belə ki, albalı saplağı turşularının bədəndən atılmasını təmin edir, böyrək daşı və qum yaranmasının qarşısını alır.
Albalı saplağı sakitləşdirici xüsusiyyətə malikdir.
Hədsiz susuzluq hiss etdikdə albalı saplağını dəmləyib için. Bu çay susuzluğu aradan qaldırır, həm də həddindən artıq susmağın qarşısını alır. Albalı saplağının çayı xüsusilə Ramazan ayında oruc tutanlar üçün faydalıdır.
Albalı saplağı qan təmizləyici xüsusiyyətə də malikdir. Qandakı zərərli maddələrin atılmasını asanlaşdırır.
Xolesterini azaldır və ürək-damar sağlamlığını qoruyur.
Sidik yolu infeksiyalarına qarşı da təsirlidir, sidikqovucu xüsusiyyəti var.
Albalı saplağını başqa bitkilərlə dəmləyib forum çayı kimi də istifadə edilə bilər.
Piyləri yandıran albalı saplağı çayının resepti:
Albalı sapı
Sinameki
Razyana
Qarğıdalı saçağı
Hazırlanması:
Bütün bitkilər 1 litr suya əlavə edilir və qaynadılır. Bu çay yeməklərdən 2 saat əvvəl 1 fincan içilməlidir.
Arıqladan albalı saplağı resepti 2
Albalı sapı
Böyürtkən
Albalı
Zoğal
Bu çay da birinci resept kimi hazırlanır. Piyləri yandırmaqla yanaşı, bədəndəki ödəmin atılmasını təmin edir.